featured-image-42537

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XX turunda evdə “Səbail”ə 3:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, 43 yaşlı mütəxəssis bunları söyləyib:

“Evdə qələbə seriyamızı davam etdirmək istəyirdik. Azarkeşlərimizə təşəkkür edirəm. Həqiqətən möhtəşəm dəstəklədilər. Ağır oyundan gəlmişdik, Qəbələdə çətin hava şəraitində futbolçular ikiqat yorulmuşdular. Yorğun olsaq da, bu gün futbolçularım ilk dəqiqədən xarakter göstərdilər. Bu oyunun mahiyyətini başa düşdüklərini göstərdilər. Qələbə üçün çıxmışdıq. İstədiyimiz hücumları edə bildik. İlk dəqiqədən oyun nəzarətimizdə idi. Rəqibin boşluqlarından düzgün istifadə etdik. Qolumuzu da vurduq. İkinci qolu da vura bilərdik. Rəqibin də əks hücumlarda imkanları olurdu. Gözləyirdik. Çünki rəqib əks hücumlarda çox yaxşıdır. İkinci hissədə uduzmaqdan çəkinirdik. Çünki keçən dəfə başımıza gəlmişdi. İkinci qolumuzu da vurduq. “Səbail”ə iki oyunda məğlub olmuşduq. Bu gün qalib gəldik. Çox yaxşı rəqibdi. Çempionat maraqlı keçir. Hər tur hər şey ola bilər. Sevinirəm ki, alt pillələrdən uzaqlaşırıq, yuxarı dorğu yaxınlaşırıq. Hədəf dəyişimir. Hər oyuna məğlub olmamaq, qalib gəlmək üçün çıxırıq”.

Bənzər xəbərlər