featured-image-46943

Azərbaayaycan Premyer Liqasının XXXI turu çərçivəsində keçirilən “Zirə” – “Neftçi” oyunundan (3:1) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirdi:

– Oyunla bağlı fikir bildirmək çətindir. Gərgin matç keçdi. Belə olacağı əvvəldən bəlli idi. Önəmli qələbə qazandıq. Bunu bayram etməyə vaxtımız yoxdur. 3 gün sonra “Qəbələ” ilə oyuna çıxacağıq. Vacib qarşılaşma olacaq.

– Bir çox komandalar “qırmızı” aldıqdan sonra müdafiə oynayır. Amma siz əksiniz etdiniz, hücum futbolu oynadınız…
– Hər bir futbolçu meydandan can qoydu. Ehtiyatdan oyuna girənlər yaxşı çıxış etdikdə adamın ürəyi açılır. Dəyişikliklərdən sonra məğlub ola bilərdik. Ağlımdan keçən ilk fikir o oldu ki, hücum futbolu oynayaq. Çünki azlıqda qalmağa hazır deyildik. Beynim qarışıq idi. Şükürlər olsun ki, dəyişikliklər nəticəsini verdi, qələbə qazandıq.

– Rəhim Sadıxovun oyununu necə şərh edirsiniz?
– Rəqib hücumameyilli futbolçularımızı yaxşı analiz etmişdi. Son turda onlar yaxşı çıxış edirdi. Rəhimə qarşı bu gün xüsusi diqqət var idi. O da epizodlardan istifadə edə bildi. Bu, Rəhimin ustalıq səviyyəsini göstərir.

– Mövsümün əvvəlində deyirdilər ki, komanda müdafiə oyunu oynayır. Siz bununla razılaşmırdınız. Amma bu gün fərqli oldu. Bu oyunla komandanın hücum futbolu oynadığını sübut edə bildiniz?
– Belə şərhlər olur. Bəzən tənqidlərdən nəticələr çıxarıram. Tənqid edənlərin də mən və ya komandaya simpatiyası var. Bu gün məqsədimiz özümüzü kiməsə sübut etmək yox, turnir cədvəlində yerimizi yaxşılaşdırmaqdır.

Bənzər xəbərlər