featured-image-42428

“Yaxşı və sürətli oyun oldu. Stadiondakı atmosfer möhtəşəm idi”.

Msport.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və “Kocaelispor”un futbolçusu Ramil Şeydayev Türkiyə I Liqasının son turunda evdə “Eyüpspor”a 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.

Həmin matçda ehtiyatda qalan 28 yaşlı hücumçu görüşün qonaq komanda üçün çətin keçdiyini bildirib: “Bu, azarkeşlərimizin sayəsində baş verdi. Çünki rəqibin üzərində böyük təzyiq yaratdılar. Açığı, bu məqam xoşuma gəldi”.

O, “Kocaelispor”dan gələn təklifi qəbul etməzdən öncə vaxtilə bu komandada çıxış etmiş, hazırda isə “Zirə”nin baş məşqçisi olan Rəşad Sadıqovla məsləhətləşdiyini söyləyib: “Söhbətimiz elə də uzun olmadı. Əsasən fanatlardan bəhs etdi. Komandanın çox yaxşı azarkeş dəstəyinə sahib olduğunu bildirdi. Bununla belə, son qərarı mənim verməli olduğumu söylədi. Dedi ki, sənə necə rahatdırsa, elə addım at. Mən də yekunda buraya gəlməyi seçdim”.

Qeyd edək ki, Ramil Şeydayev “Kocaelispor”la 1,5 illik müqavilə imzalayıb.

Bənzər xəbərlər