featured-image-53293

“Zirə” Azərbaycan Premyer Liqasının IV turunda doğma meydanda “Şamaxı”ya 0:1 hesabı ilə uduzub.

Msport.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Oyun bizim üçün bir az uğursuz başladı. 30-cu saniyədə qapımızda təhlükəli vəziyyət oldu. Rəqib gözlədiyimiz kimi bizi əks-hücumda tutdu və möhtəşəm zərbə ilə qol vurdu. Ondan sonra nəzarət bizdə idi. İkinci yarıda möhtəşəm oynadıq. Futbolçulardan razıyam. Üç gün əvvəl ağır məğlubiyyət almışdıq. Hamısını nəzərə alsaq, yaxşı oynadıq. Vacib olan odur ki, bu oyunu daha da inkişaf etdirməliyik. Rəqibin qapıçısı çox yaxşı 3-4 seyv etdi.

– Hakim idarəçiliyi ilə bağlı fikriniz necədir?

– Etirazm o idi ki, niyə bizdə VAR-a 4-5 dəqiqə baxırlar? Qol sayılmırsa, problem deyil. Tez qərar vermək olar. Oyunumuz dinamik keçsə, futbolumuz da inkişaf edər. Həkimlər də meydana girdi, oyun dayandı. Elə 7-8 dəqiqə orada dayandı.

– Bu nəticəni “Omoniya”ya ağır məğlubiyyətə bağlamaq olar?

– Oyunumuz alınmasaydı, bağlayardım. Avrokuboklarda bunu yaşamışam. Məğlubiyyətdən sonra komanda əzilmiş olur. Amma oyunumuz onu demədi. Ağır məğlubiyyətə baxmayaraq, yaxş, gözəl oynadıq. Sadəcə, rəqib qapıçı keçilməz idi. Bir qol lazım idi ki, üstünlük bizə keçsin. Rəqibin də əzmkar oyununu nəzərə almaq lazımdır.

– Ağır məğlubiyyətlərin nəticəsi daha da böyük fəsadlara gətirib çıxarmaz?

– “Omoniya” ilə oyunda ağır məğlubiyyəti qəbul edirəm. Bugünkü isə futbolun daxilində olan bir şeydir. Oyunumuz alınmasaydı, sizinlə razı olardım. Mənə vacib olan oyundur.

Bənzər xəbərlər