Rəşad Sadıqov: “Sevinən tərəf olmaq istəyirik”
“Mövsümün son oyunudur. Kubokun finalında bayram abu-havasında oluruq.
Msport.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
O, Azərbaycan kubokunun “Qarabağ” ilə sabah keçiriləcək final görüşünə həsr olunan mətbuat konfransında fikirlərini açıqlayıb: “Sevinirik ki, bu bayramın bir parçası olacağıq. Biletlərin də sürətlə satıldığını görürəm. Azərkeşlər oyuna maraq göstərirlər. Biz ikinci dəfə “Qarabağ”la finalda qarşılaşacağıq. Birinci dəfə penaltilər seriyadında rəqib qələbə qazandı. İstərdik ki, bu dəfə də maraqlı mübarizənin şahidi olaq. Ciddi rəqibdir. Sonda sevinən tərəf olmaq istəyirik. Oyundan öncə danışmaq mənə həmişə çətindir. Amma layiqli qələbə qazanmaq istəyirik”.
Qeyd edək ki, final matçı saat 20.00-da “Liv Bona Dea Arena”da keçiriləcək.