RƏSMİ - "Bayern Münhen" 17 yaşlı hücumçuya görə 30 milyona yaxın pul ödədi
“Bayern Münhen” Matias Telin transferini açıqlayıb.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yulian Naqelsmannın komandası 17 yaşlı hücumçuya görə 20 milyon+ 8,5 milyon avro bonus ödəyəcək.
Fransalı forvardla müqavilə 2027-ci ilə qədər nəzərdə tutulub. Matias 2021-2022 mövsümündə “Renn”in heyətində 7 oyunda meydana çıxıb qol vura bilməyib.