featured-image-52816

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasının III turunun “Neftçi” – “Sabah” oyununun yerini yenidən dəyişdirib. Msport.az xəbər verir ki,  PFL bununla bağlı açıqlama yayıb:

“Liv Bona Dea Arena”nın ot örtüyünün UEFA Konfrans Liqasının oyunu üçün qorunması məqsədilə “Zirə” klubunun “Neftçi” klubuna müraciəti, “Sabah”ın məlumatlandırılması və Peşəkar Futbol Liqasının yekun qərarı ilə 3-cü turun “Neftçi” – “Sabah” oyunu ilə bağlı aşağıdakı qərar qəbul olunub:

Misli Premyer Liqasının 3-cü turunun “Neftçi” – “Sabah” oyunu Konfrans Liqasının pley-off oyununda Azərbaycan futbolunun daha yaxşı infrastruktur ilə təmsil olunması məqsədilə əvvəlcədən elan olduğu kimi “Liv Bona Dea Arena”da deyil, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

Bənzər xəbərlər