“Roma” sabiq “Yuventus”lunu qaytarır
Türkiyə millisinin və “Əl-Əhli”nin müdafiəçisi Merih Demiralı İtaliyaya qayıda bilər.
Msport.az xəbər verir ki, 27 yaşlı futbolçu “Roma”nın transfer siyahısında yer alıb.
“Canavarlar” qışda Merihi transfer etmək niyyətindədir. Hazırda tərəflər arasında danışıqlar gedir. “Alkanenense”, “Sportinq”(hər ikisi Portuqaliya), “Alanyaspor”(Türkiyə), “Sassuola”,”Yuventus”, “Atalanta”(hamısı İtaliya) klublarında oynayıb və 2023-cü ildə “Əl-Əhli”yə keçib.
Onun Səudiyyə Ərəbistanı klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.







