featured-image-57270

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) ilə bağlı Azərbaycana gələcək daha bir futbol simasının adı bəlli olub.

Msport.az xəbər verir ki, artıq ölkəmizdə olan FİFA prezidenti Canni İnfantinonun ardınca Braziliya futbolunun əfsanələrindən biri Ronaldinyo da Bakıya gələcək.

O, paytaxtda təşkil olunacaq tədbirlərə qatılacaq. Ronaldinyonun “Qarabağ”ın təşəbbüsü ilə baş tutacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaratması ilə bağlı mərasimə qatılması da istisna edilmir.

Bənzər xəbərlər