Ronaldo 39 yaşında Avropa çempionatında oynamaq istəyir
Portuqaliya yığmasının və “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo millidəki gələcək planlarından danışıb.
Msport.az “Renascenca”ya istinadən xəbər verir ki, 37 yaşlı futbolçu iki ildən sonra keçiriləcək Avropa çempionatında da oynamaq istədiyini deyib:
“Mən hələ bir neçə il də yığmanın tərkib hissəsi olmaq istəyirəm. Mənim ambisyalarım böyükdür. Hələ də böyük motivasiyam var. Yığmadakı yolum hələ başa çatmayıb. Bizim millidə çoxlu keyfiyyətli gənc oyunçular var. Qarşıda dünya çempionatı olacaq. Mən isə hələ növbəti Avropa çempionatında da oynamaq arzusundayam”.
Qeyd edək ki, Ronaldo bu çıxışı Portuqaliya Futbol Federasiyasının təşkil etdiyi xüsusi qala-gecədə edib. Tədbirdə ulduz futbolçuya yığmada vurulan rekord sayda qollara (119) görə mükafat təqdim olunub. Ronaldo yığmalar səviyyəsində ən çox qol vuran oyunçudur. Ondan başqa, milli komandada 100-dən çox fərqlənən yeganə futbolçu iranlı Əli Daedir.