featured-image-44282

Krişitano Ronaldo cəzalanıb.

Msport.az xəbər verir ki, bu barədə qərarı Səudiyyə Ərəbistanı Futbol Federasiyasının İntizam və Etika Komitəsi verib.

“Əl-Nəsr”in hücumçusu bir oyunluq diskvalifikasiya edilib. Buna Ronaldonun “Əl-Şəbəb”lə görüşdə (3:2) rəqib azarkeşlərə qeyri-etik jest etməsi səbəb olub.

39 yaşlı futbolçu həm də 10 min rial (2666 dollar) cərimə ödəyəcək. Bundan başqa, portuqaliyalı ulduz “Əl-Şəbəb”ə şikayət etdikləri üçün 20 min rial (5332 dollar) verməlidir.

Qeyd edək ki, Ronaldo cari mövsüm çempionatın 20 matçında 22 qol və 9 assistə imza atıb.

Bənzər xəbərlər