Ronaldodan fantastik qol - VİDEO
Kriştiano Ronaldonun çıxış etdiyi “Əl Nəsr” Səudiyyə Ərəbistanı liqasında “Əl Kaleej”i qəbul edib.
Msport.az xəbər verir ki, IX turun oyununda meydan sahibləri 4:1 hesabla qalib gəlib.
Ronaldo bu görüşdə akrobatik zərbə ilə möhtəşəm qol vurub. O, matçın 90+6-cı dəqiqədə hesabı 4:1 edib.







