Ronaldonun milli karyerasında ilk
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo DÇ-2026-nın seçmə mərhələsində İrlandiya ilə görüşdə (0:2) qırmızı vərəqə alıb.
Msport.az xəbər verir ki, bu, 40 yaşlı hücumçunun milli komanda karyerasında ilk belə cəzasıdır.
Ronaldo rəqibinin kürəyinə dirsəyi ilə vurduğuna görə matçın 59-cu dəqiqəsində birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Əvvəlcə görüşün baş hakimi ona sarı vərəqə göstərsə də, VAR-a baxdıqdan sonra qərarını dəyiyəşərək ulduz futbolçunu oyundan kənarlaşdırıb.
Beləliklə, Ronaldo milli komandada 227-ci oyununda ilk dəfə olaraq qırmızı vərəqə ilə cəzalandırılıb. Onun ən azı qarşıdakı bir oyunu buraxacağı dəqiqdir. Bu isə seçmə mərhələnin son görüşü – Ermənistanla qarşılaşmaya təsadüf edəcək. Oyun noyabrın 16-da Portuqaliyada olacaq.







