Ronaldunun karyerasını bitirəcəyi tarix bəlli oldu
Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunda çıxış edən Kriştianu Ronaldunun karyerasını bitirəcəyi vaxt bəlli olub.
Msport.az xəbər verir ki, portuqaliyalı superulduz hələlik futbolla vidalaşmağı düşünmür. 40 yaşlı forvard daha iki mövsüm peşəkar səviyyədə oynamaq istəyir.
Səudiyyə klubu ilə müqaviləsi başa çatmaq üzrə olan Ronalduya başqa klublardan bir neçə təklif var. O, yaxın günlərdə karyerasını harada davam etdirəcəyinə qərar verəcək.
Qeyd edək ki, hücumçu bu mövsüm “Əl Nəsr”in heyətində 39 oyunda 33 qol vurub və 4 məhsuldar ötürmə edib.