Roonaldonun bioloji yaşı açıqlandı
Portuqaliya millisinin və “Əl-Nəsr”in 40 yaşlı hücumçusu Kriştiano Ronaldonun bioloji yaşı 28-dir.
Msport.az xəbər verir ki, bu barədə “Whoop” sosial şəbəkəsindəki hesabında məlumat verilib.
Artıq futbolçunun özü də bu nəşrə cavab verib. “Məlumatlar yalan deyil”, – deyə portuqaliyalı yazıb.
Qeyd edək ki, noyabrın 23-də Ronaldo Səudiyyə Ərəbistanı liqasının matçında karyerasının 954-cü qolunu vurub.







