featured-image-44405

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov AFFA prezidenti Rövnəq Abdullayevin Hesabat-Seçki Konfransında namizəd olmayacağına münasibət bildirib. Msport.az xəbər verir ki, o, CBC Sport-a açıqlamasında federasiyanın prezidenti postunda necə bir şəxsi görmək istədiyini də açıqlayıb:

“Bu məsələdə baş məşqçi kimi danışmaq istəməzdim. Rövnəq müəllimə uğurlar arzuluyuram. Futbol çox çətin sahədir. Rövnəq müəllim hər zaman yerli futbolçuların, yerli məşqçilərin tərəfdarı olub. Çətin dövrdür. Bu gün kimsə gəlsə, futbolumuzda hər şey dəyişəcək, desək bu yanlış olardı. Problemlər çoxdur. Ən əsası şərait baxımından inkişaf olmalıdır. Klublar buna fikir verməlidirlər. Bu gün məşq meydançaları baxımından çox çətinlik çəkirik, futbolçular gileylənirlər. Zədələr olur. Çox problemlər var. Hər kəs əl-ələ verməlidir. Bütün yükü prezident olacaq şəxsin üstünə atmaq da, səhv olardı. AFFA-nın yeni rəhbərliyi, klublar hər kəs birləşib 3-4 il səbr etdikdən sonra futbolumuz yaxşı səviyyəyə çata bilər”.

Bənzər xəbərlər