featured-image-77783

“Bavariya”nın müşahidə şurasının üzvü Karl-Haynts Rummenigge UEFA Çempionlar Liqasının yarımfinalının PSJ ilə qarşıdakı cavab oyunu barədə danışıb.

Msport.az xəbər verir ki, görüş bu gün baş tutacaq və ilk oyunda parislilər daha güclü olublar – 5:4.

“Böyük uğur qazanmaq üçün təvazökarlıq, əsl komanda ruhu və əlbəttə ki, özünəinam lazımdır. Əminəm ki, komandamızda bütün bu keyfiyyətlər var. Biz PSJ-yə hörmət edirik, eyni zamanda öz güclü tərəflərimizi də bilirik. Oyunçularımız üç müşketyor kimi mübarizə aparırlar – bir nəfər hamı üçün, hamı bir nəfər üçün – və bu mövsüm “Allianz Arena”da artıq 80-dən çox qol vurublar. Komandamıza qətiyyətlə inanıram və ümid edirəm ki, onlar Budapeştdə yerlərini təmin edəcəklər”, – deyə Rummenigge bildirib.

Bənzər xəbərlər