Rusiya millisinin üzvü yeni klubda
Rusiya millisinin üzvü Anton Mirançuk karyerasını yenidən vətənində davam etdirəcək. Msport.az xəbər verir ki, 29 yarımmüdafiəçi Moskva “Dinamo”su ilə müqavilə bağlayıb.
O, 2024-cü ilin sentyabrından İsveçrənin “Syon” klubunda çıxış edirdi. Anton İsveçrə çempionatında 25 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
Mirançuk 11 il (2013-2024) Moskva “Lokomotiv”nin şərəfini qoruyub.