featured-image-40028

Rusiyanın “Spartak” (Moskva) klubu “Neftçi” ilə yoldaşlıq oyunu üçün Bakıya gələ bilər.

Msport.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin baş direktoru Oleq Malışev yerli mətbuata müsahibəsində deyib.

O bildirib ki, matçın tarixi hələ müəyyənləşdirilməyib: “Bilinən kimi dərhal sizə məlumat verəcəyik. “Neftçi” ilə aramızda əla münasibət var. Ancaq hazırda bu, ən yüksək prioritet deyil. İndi bizim üçün daha vacib olan komandanın ili uğurla başa vurmasıdır”.

Qeyd edək ki, yayda iki klub arasında memorandum imzalanıb və buna əsasən, komandalar Bakıda yoldaşlıq görüşü keçirəcəklər.

Bənzər xəbərlər