Rusiyanın tanınmış futbolçusu "Sabah"ın yeni baş məşqçisi ola bilər
Aleksandr Kerjakov “Sabah”ın yeni baş məşqçisi ola bilər.
Msport.az xəbər verir ki, “Sport-Express”ə istinadən xəbər verir ki, rusiyalı mütəxəssis Azərbaycan klubu ilə danışıqlar aparır. 41 yaşlı çalışdırıcı ilə Özbəkistanın bir klubu da maraqlanır. Rusiyalı çalışdırıcı özü bir müddət əvvəl ölkə xaricindən bir klubla danışıq apardığını təsdiqləmişdi.
Aleksandr Kerjakovun son klubu 2023-cü ilin noyabrında ayrıldığı Serbiya “Spartak”ı olub. O, daha əvvəl “Tom”, “Nijni Novqorod”, “Karmiotissa”da, eləcə də Rusiyanın aşağı yaş qrupu üzrə yığmalarında fəaliyyət göstərib.
Qeyd edək ki, “Sabah” Murad Musayevin istefa verməsindən sonra baş məşqçisiz qalıb.