"Sabah" 1 milyon ödəməyə hazırdır, "Şaxtyor" razılaşmır
“Sabah” bu mövsüm komandanın ən yaxşısı olan Aleksey Kaşuku heyətdə saxlamaq üçün dəridən-qabıqdan çıxır. Ukraynalı vingerin paytaxt klubu ilə icarə müqaviləsi iyunun sonunda başa çatır.
Msport.az-ın əldə etdiyi məlumata görə, “Sabah” transfer hüquqları “Şaxtyor”a məxsus olan 22 yaşlı futbolçunu ələ keçirmək üçün 1 milyon avrodan keçməyə hazırdır. Lakin əla mövsüm keçirən oyunçuya təkliflər çox olduğundan Donetsk klubu onu daha baha qiymətə satmaq istəyir. Polşa çempionatında mövsümü 2-ci yerdə başa vuran “Legiya” da Kaşuka maraq göstərən komandalardandır.
Qeyd edək ki, vinger bu mövsüm Azərbaycan Premyer Liqasında 15 qol vurub. Kaşuk “Beşiktaş”la son xeyriyyə matçında (3:3) dubl etməklə dəyərini bir az da artırmış oldu.
AYXAN