featured-image-29906

Bakıda “Sabah” və “Beşiktaş” komandaları arasında keçirilmiş xeyriyyə oyunundan əldə edilən gəlir bəlli olub.

Msport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bilet satışı, teleyayım və reklam gəlirləri ilə birlikdə ümumilikdə 10 milyon TL (təqribən 865 min manat) vəsait toplanıb.

Bu məbləğ qardaş ölkədəki zəlzələ bölgəsində məktəb inşasına sərf olunacaq.

Qeyd edək ki, “Sabah” – “Beşiktaş” matçı 3:3 hesabı ilə başa çatıb.

Bənzər xəbərlər