featured-image-82353

Çempionlar Liqasında mübarizə aparacaq “Sabah” heyətinə daha bir futbolçu cəlb edib.

Msport az xəbər verir ki, Valdas Dambrauskasın komandası Karlos Eduardo ilə anlaşıb.

Hücumçu Portuqaliyanın “Jil Visente” klubundan 1 illik icarəyə götürülüb. Bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb.

24 yaşlı braziliyalı forvard ötən mövsüm “Jil Visente”də 15 oyunda 2 qol vurub. O, cari mövsümdə artıq 2 dəfə meydana çıxıb.

Karluş Eduardo əvvəllər “Maritimo” və “Felqueyraş” klublarının da formasını geyinib.

Bənzər xəbərlər