featured-image-42887

“Sabah”ın idman direktoru İqor Ponomaryov Murad Musayevin istefasına münasibət bildirib.

Klub rəsmiis Msport.az saytına açıqlamasında rusiyalı mütəxəssisin komandanı öz istəyilə tərk etdiyini söyləyib:

“Musayev qazandığı nəticələrlə klubumuzun tarixində öz yerini tutdu. Ona peşəkarlığına və əla komanda yaratdığına görə təşəkkür edirik. Getmək qərarını özü verdi və istəyində israrlı idi. Biz də klub olaraq onun qərarını anlayışla qarşıladıq və müsbət cavab verdik”.

Yeni baş məşqçi məsələsi ilə bağlı da danışan Ponomaryov bildirib ki, “Sabah” üçün  mütəxəssisin yerli və ya əcnəbi olması əsas deyil: “Önəmli olan onun klubun fəlsəfəsinə uyğun gəlməsidir”.

Qeyd edək ki, “Sabah”ı bu gün Azərbaycan Premyer Liqasının XXI turunun “Turan Tovuz”la matçına baş məşqçi qismində İqor Ponomaryov çıxaracaq.

Bənzər xəbərlər