"Sabah"ın bəyənmədiyi vinger "Neftçi"yə necə keçdi?
“Neftçi”nin yeni transferi Reziuan Mirzov “ağ-qaralar”dan öncə “Sabah”a təklif olunub.
Msport.az saytına daxil olan məlumata görə, “tələbələr” 30 yaşlı vingeri almaqdan imtina edib.
Rusiyalı yarımmüdafiəçinin agentinə bildirilib ki, oyunçu klubun səviyyəsinə uyğun deyil. Məhz bu səbəbdən təcrübəli futbolçunun “Sabah”a keçidi baş tutmayıb.
Ardınca isə “Neftçi”yə təklif olunan Mirzov üçün paytaxtın digər klubundan “yaşıl işıq” yandırılıb.
Nəticədə yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.