“Sabah”ın futbolçusu Lüksemburq millisinə çağırıldı
“Sabah”ın futbolçusu Vensan Till Lüksemburq millisinə çağırılıb.
Msport.az xəbər verir ki, o, Avro-2024-ün seçmə mərhələsində İslandiya (8 sentyabr) və Portuqaliya (11 sentyabr) ilə matçlar üçün milliyə dəvət alıb.
Qeyd edək ki, V.Till bu ilin iyulundan “Sabah”da oynayır.