featured-image-38032

“Sabah” komandasının futbolçuları – Davit Volkov, Vinsent Till və Jarl Marqarita öz ölkələrinin milli komandalarına dəvət alıblar.

Klubdan Msport.az saytına verilən məlumata görə, D. Volkov Gürcüstan, V. Till Lüksemburq, J. Marqarita isə Kurasao yığmasına çağırılıb.

Qeyd edək ki, Gürcüstan millisi oktyabrın 12-də yoldaşlıq oyununda Tailand, 15-də isə AVRO-2024-ün seçmə mərhələsində evdə Kipr yığması ilə qarşılaşacaq. Lüksemburq millisi AVRO-2024-ün seçmə mərhələsində oktyabrın 13-də səfərdə İslandiyanın qonağı olacaq, 16-da isə evdə Slovakiyanı qəbul edəcək. Kurasao yğması isə KONKAKAF Millətlər Liqasında oktyabrın 14-də evdə Panama, 18-də isə Trinidad və Tobaqo millisi ilə üz-üzə gələcək.

Bənzər xəbərlər