"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi yığmasında
“Sabah”ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının 2-ci turunun rəmzi heyətinə daxil edilib.
Msport.az xəbər verir ki, rəmzi yığmada müdafiəçilər Fredrik Şevold (“Budo-Qlimt”), Yeff Şabo (“Ştutqart”), Henrik Falkhener (“Vikinq”) və Maksimiliano Arauxo (“Sportinq”) da var.
Yarımmüdafiəçilər sırasında Vitinya (PSJ) və Joan Manzambi (“Aston Villa”), hücumçulardan isə Lamin Yamal (“Barselona”), Bredli Barkola (“Liverpul”), Harri Keyn (“Bavariya”) və Nikolo Trezoldi (“Brügge”) rəmzi heyətdə yer alıb.
Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının 2-ci turunda doğma meydanda Praqa “Slaviya”sını 2:0 hesabı ilə məğlub edib.







