"Sabah"ın yeni baş məşqçisi: "Bu mövsüm 2-ci yer uğurunda mübarizə aparmaq lazımdır"
“Sabah”ın yeni baş məşqçisi Krunoslav Renduliç Azərbaycana gəldikdən sonra ilk açıqlamasını verib. Msport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis klubun rəsmi saytına komandanın hədəflərindən danışıb:
“Burda olduğum üçün şadam. Mənim bütün futbol karyeram Xorvatiya ilə bağlıdır. Sonra məşqçiliyə başladım, İranda işlədim. Xorvatiya və Bosniyada da məşqçi kimi fəaliyyət göstərdim, “Zrinski” klubu ilə çempionatı və kuboku qazandım. Avrokubokların qrup mərhələsinə vəsiqə qazanan ilk Bosniya klubu olduq. Hesab edirəm ki, istedadlı futbolçuların istəyi və məqsədi olmalıdır. İlk iş günündən mənim məqsədim var. Ambisiyalı olmaq və bu mövsüm 2-ci yer uğrunda mübarizə aparmaq lazımdır. Bunun üçün bizim keyfiyyətli komandamız var. Söz verirəm: Çalışacağıq, döyüşəcəyik və istəkli olacağıq”.