featured-image-44056

Murad Musayevin istefsından sonra 4-cü oyununa çıxan “Sabah” Bayılda “Səbail”lə matçda büdrədi – 0:2.

“Sabah” yeni məşqçilərin rəhbərliyi altında “Turan Tovuz” və “Qarabağ”la bərabərə qalmış, “Kəpəz” üzərində isə çətin qalibiyyət əldə etmişdi. Bundan başqa, Ağdam klubu ilə kubokun cavab qarşılaşmasında 4:3 hesablı qələbə də qeydə alınmışdı. Amma dünənki oyun göstərdi ki, hazırkı məşqçilər korpusu ilə (İqor Ponomaryov, Ruslan Qafitulin, Rəşad Eyubov) avrokuboklara vəsiqə qazanmaq çətin olacaq. “Səbail” doğma divarlar arasında rəqibini demək olar ki, bütün komponentlərdə üstələdi.

Elmar Baxşıyev “Qəbələ”dən ayrılan kimi 44 yaşlı mütəxəssisin adı “Sabah”la yanaşı hallanmağa başladı. Lakin əldə etdiyimiz məlumata görə, Masazırı təmsil edən klubun yeni baş məşqçisi də əcnəbi olacaq. Artıq klub rəhbərliyi məşqçi axtrışına çıxıb. Odur ki, Baxşıyevin “Sabah”ın “sükanı arxasına” keçməsi gözlənilmir.

Bənzər xəbərlər