featured-image-44382

“Sabah”ın yeni baş məşqçisinin adına aydınlıq gəlib. Msport.az xəbər verir ki, bu barədə “sportsport.ba” saytı məlumat yayıb.

Bosniya və Herseqovina mətbuatının yazdığı məlumata görə, Murad Musayevdən sonra boşalmış posta xorvatiyalı Krunoslav Renduliç keçəcək. Mənbənin sözlərinə görə, Renduliçin qarşısına komandanı avrokuboklara çıxarmaq, minimum 3-cü yeri tutmaq məqsədi qoyulub.

Onun son komandası “Zrniski” olub. Bosniya təmsilçisi onun rəhbərliyi altında tarixində ilk dəfə Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazanıb.

50 yaşlı mütəxəssislə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Renduliç Xorvitiyada “İstra”, “Şibernik”, və “Qoritsa”nı çalışdırıb. O, İran millisində köməkçi məşqçi kimi də fəaliyyət göstərib.

 

Bənzər xəbərlər