featured-image-46961

“Kəpəz” Premyer Liqanın XXXI turunun “Sabah” ilə oyuna itkilərlə çıxacaq.

Msport.az xəbər verir ki, üç futbolçu qarşıdakı görüşü buraxacaq.

Ötən tur “Səbail”ə qarşı matçda zədələnərək əvəzlənən Amil Yunanov ilə Georgi Papunaşvilinin müalicəsi davam edir. Ehtiram Şahverdiyev isə xəstəlikdən sonra bərpa dövrü keçir.

Qeyd edək ki, bu gün Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:30-da başlayacaq.

Bənzər xəbərlər