featured-image-45866

“Zirə”nin fəxri prezidenti Orxan Məmmədov Azərbaycan Premyer Liqasının 28-ci turunun “Sabah”la oyunundan qabaq komanda üzvləri ilə görüşüb.

Msport.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentlinin sədri sosial şəbəkədə paylaşım edib.

O, futbolçulara psixoloji baxımdan rahat olmalarını və baş məşqçinin taktiki planına əməl olunmasının vacibliyini qeyd edib. Görüşdə “Zirə”nin prezidenti Taleh Nəsibov, baş məşqçi Rəşad Sadıqov və futbolçular iştirak ediblər.

media-GJ7H3D1WUAA6hPS

Bənzər xəbərlər