"Sabah" "Levski"yə qarşı
Sabah” bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsində cavab görüşünü keçirəcək.
Sportal.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşçqisi olduğu klub “Levski”ni qəbul edəcək.
“Sabah” – “Levski” cütünün qalibi pley-off mərhələsində “AZ Alkmaar” (Niderland) – “Vaduts” Lixtenşteyn) duelinin güclüsü ilə qarşılaşacaq.
UEFA Avropa Konfrans Liqası. 3-cü təsnifat mərhələsi. Cavab oyunu
20:00 “Sabah” (Azərbaycan) – “Levski” (Bolqarıstan)
ilk oyun: 0:1
Baş hakim: Mikola Balakin
Baş hakimin köməkçiləri: Oleksandr Berkut, Viktor Matyaş
Dördüncü hakim: Vitali Romanov
VAR: Oleksiy Derevinski
AVAR: Klim Zabroda
Masazır, “Bank Respublika Arena”.