“Sabah” “Qəbələ” ilə qarşılaşacaq
Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən istifadə edən “Sabah” yoxlama matçı keçirəcək.
Msport.az xəbər verir ki, paytaxt klubu “Bank Respublika Arena”da “Qəbələ” ilə qarşılaşacaq.
Görüş martın 23-də saat 17:00-da başlayacaq.
“Sabah” 27 oyundan sonra 40 xalla Azərbaycan Premyer Liqasında 2-ci yeri tutur. “16 xala malik Qəbələ” sonuncu – 10-cu yerdədir.