featured-image-68228

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” III təsnifat mərhələsində ilk oyununa çıxıb.

Msport.az xəbər verir ki, komanda Bolqarıstanın “Levski” kollektivinin qonağı olub.

Sofiya şəhərində yerləşən “Georgi Asparuhov” stadionunda keçirilən görüşdə meydan sahibləri 90+8-ci dəqiqədə vurulan qol sayəsində 1:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 14-də Bakıda baş tutacaq.

Bənzər xəbərlər