featured-image-47203

Azərbaycanı UEFA-nın Gənclər Liqasında təmsil edəcək “Sabah”ın U-19 komandasının rəqibinin müəyyənləşəcəyi tarix və oyunlarının vaxtı bəlli olub.

Msport.az xəbər verir ki, yeni formatda keçiriləcək 2024/25 mövsümünün Çempionlar yolunun püşkü sentyabrın 3-də atılacaq.

Mərasim İsveçrənin Nyon şəhərində baş tutacaq. Əvvəlki illərdən fərqli olaraq Çempionlar yolu 2 deyil, 3 mərhələdən ibarət olacaq. “Sabah”ın ilk raunddakı rəqibi, həmçinin digər mərhələlərdə qarşılaşa biləcəyi komandalar bəlli olacaq.

Tarixində ilk dəfə Gənclər Liqasında oynayacaq “Sabah”ın qatıldığı turnirin ilk mərhələsinin matçları sentyabrın 18-də və oktyabrın 2-də keçiriləcək. 2-ci raund oktyabrın 23-də və noyabrın 6-da, 3-cü mərhələ noyabrın 27-də və dekabrın 11-də baş tutacaq.

“Sabah” üç mərhələ adlasa, 1/16 finala yüksələcək. Bu raundda Çempionlar Liqası yolundan 22, Çempionlar yolundan 10 komanda mübarizə aparacaq.

Qeyd edək ki, Gənclər Liqasının XXXI turunun dünənki ev matçında “Kəpəz”i 5:0 hesabı ilə məğlub edən “Sabah” sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Bənzər xəbərlər