“Sabah” və “Araz-Naxçıvan” səfər sınağında
Bu gün Azərbaycan Premyer Liqasında II turun daha iki oyunu keçiriləcək.
Msport.az xəbər verir ki, günün ilk matçında “Sabah” “Şamaxı”nın qonağı olacaq.
Qarşılaşma saat 17:00-da start götürəcək. Meydan sahibləri ilk turda səfərdə “Neftçi” ilə heç-heçə edib -1:1. “Sabah” – “Qarabağ” oyunu isə təxirə salınıb.
Günün ikinci görüşündə “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gələcək. Matç saat 19:30-da başlayacaq. Tovuz klubu I turda “İmişli”ni məğlub edib – 1:0. Naxçıvan təmsilçisi isə “Zirə” ilə bərabərə qalıb – 1:1.
Azərbaycan Premyer Liqası
II tur
24 avqust
17:00. “Şamaxı” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Nəriman Axundov
Şamaxı şəhər stadionu
19:30. “Turan Tovuz ” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azərsun Arena”
Qeyd edək ki, II turun əvvəlki oyunlarında “Neftçi” “İmişli” ilə heç-heçə edib. “Sumqayıt” “Qarabağ”ı (1:0), “Karvan-Yevlax” “Kəpəz”i (3:2) məğlub edib. Tura avqustun 25-də “Qəbələ” – “Zirə” matçı ilə yekun vurulacaq.