"Sabah" "Zenit"in futbolçusunu icarəyə götürür
Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Sabah” heyətinə daha bir futbolçu cəlb edir.
Msport.az Rusiyanın “Sport-Ekspress” nəşrinə istinadən xəbər verir ki, paytaxt klubu “Zenit”in yarımmüdafiəçisi Du Keyrosu icarəyə götürür.
26 yaşlı braziliyalı futbolçu ötən mövsümü icarə əsasında “Orenburq”da keçirib. O, bütün turnirlərdə 29 matçda 2 qol vurub və 4 məhsuldar ötürmə verib.
Du Keyrosun transfer hüquqları “Zenit”ə məxsusdur.







