featured-image-36494

Türkiyənin “Qalatasaray” komandasının sabiq futbolçusu Cessi Sekidika karyerasını “Sabah” klubunda davam etdirə bilər.

Msport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Eyüpspor”la müqaviləsini ləğv edən nigeriyalı hücumçu Azərbaycan təmsilçisi ilə danışıqlar aparır.

İddiaya görə, 27 yaşlı forvard artıq Bakı klubu ilə razılığa gəlib. Transferin yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, 2020-2022-ci illərdə “Qalatasaray”a məxsus olmuş afrikalı oyunçu ötən mövsümü icarə əsasında “Ümraniyespor”da keçirib. Bu komandanın heyətində 13 Superliqa oyununa çıxan Sekidika bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər