"Şah"ın "Adana Demirspor"da debütü - VİDEO
Milli komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev “Adana Demirspor”un heyətində debüt edib. Msport.az xəbər verir ki, 29 yaşlı qolkiper Türkiyə Superliqasının VI turunda “Kasımpaşa” ilə səfər matçında meydana çıxıb.
9-cu dəqiqədə qapıçı Ertaç Özbir birbaşa qırmızı vərəqə aldığı üçün Məhəmmədəliyevə ehtiyac duyulub. O, 23-cü dəqiqədə Yusuf Sarını əvəzləyib. Meydan sahibləri bundan iki dəqiqə sonra hesabı açıblar.
Qeyd edək ki, qarşılaşma “Kasımpaşa”nın qələbəsi ilə bitib – 2:1.