featured-image-53188

“Səbail” Azərbaycan Premyer Liqasının IV turunda doğma meydanda “Kəpəz”i 4:0 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, “dənizçilər”in baş məşqçisi Şahin Diniyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Düşünürəm ki, maraqlı oyun oldu. İstədiyim futbolu ala bildim. Komanda yaxşı oynadı. İlk dəqiqədən sona qədər dinamikanı saxladıq. Futbolçularıma təşəkkür edirəm. Yeni komandayıq. Zamanı tələsdirmək lazımdır. “Kəpəz” də yeni heyətə malikdir. Premyer Liqada qalmaq üçün mübarizə apara bilər. Hesab bizi aldatmasın. Onlar vuruşurdu, başabaş mübarizə aparırdı. İrəliyə baxmalıyıq. Bu oyunu unudub gələn oyuna köklənməliyik.

– Dördüncü oyunda qələbə qazandınız…

– Hesab 2:0 olanda da çətin idi. Bir qol buraxsaydıq, futbolçular psixoloji cəhətdən sına bilərdilər. Ardınca ikinci qol gələ bilərdi. Amma komandamızın oyunu alınırdı. Üçüncü qoldan sonra qələbənin uzaqda olmadığını hiss etdik.

– Avrokuboklarda ən gözlənilməz hansı oldu: “Zirə”, yoxsa “Qarabağ”ın məğlubiyyəti?

– Hər ikisi. İkisi də bizim üçün eyni komandadır. “Qarabağ” oyun göstərdi. Oyuna baxmayan deyərdi ki, darmadağın oldu. Halbuki 0:3 əks tərəfdə olmalıydı. “Qarabağ” müdafiədən oynamadı. Öz futbolunu oynadı. Alqışlanası haldır. Oyun varsa, nəticə olacaq. “Qarabağ”a və “Zirə”yə görə üzüldüm. “Zirə”nin oyunu ilk dəqiqələrdən alınmadı. Oyun baxımından artırıblar. Sadəcə olmadı. Nəsə olmuşdu. “Zirə” öz səviyyəsindən aşağı çıxış etdi. Baş məşqçi daha yaxşı bilər. Bu hesaba layiq deyildilər. “Qarabağ”da isə hesab tərsinə ola bilərdi. Yuxu kimi idi. Ümid çoxdur.

– Növbəti turda “Turan Tovuz”la qarşılaşacaqsınız. “Terek”də baş məşqçi işlədiyiniz dönəmdən Kurban Berdıyevi yaxşı tanıyırsınız. Sizcə, onu siz məğlub edəcəksiniz, yoxsa sabah Qurban Qurbanov?

– Mən “Terek”də işləyəndə tanışlığımız var idi. Çox səviyyəli məşqçidir. Öz işçilərini gecə 3-4-ə qədər saxlaylıb hər şeyi analiz edən, intizamı sevən biridir. Müdafiədə daha etibarlı, risk etməyi sevən məşqçidir. “Qarabağ” kağız üzərində daha güclü görünür. Amma futboldur. Bilmək olmaz hansı heyətlə oynayacaqlar. Maraqlı oyun olacaq. Heç bir komandanın məğlubiyyətini istəmirəm. Mənim azarkeşlik etdiyim “Səbail”dir. Hər ikisinə uğurlar arzulayıram.

– Ayman Boaliyə bir şey olsa, nə edəcəksiniz?

– Transferləri qışa qədər bitirmişik. Rotasiyalar edirik. Suleyman Alluşu da oynadırdıq. Samir Abdullayev də var. Çox perspektivli biridir.

Bənzər xəbərlər