featured-image-47619

“Adana Dəmirspor””un qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Super Liqasının 35-ci turunun “İstanbulspor”la oyununun ən yaxşılarından olub. Msport.az xəbər verir ki, matç millimizin qolkiperinin komandasının minimal üstünlüyü ilə başa çatıb – 1:0.

“Sofascore” portalı Şahruddinə 8,7 bal qiymət verib ki, bu da Adana klubunun oyunçularının arasında ən yüksək göstərici olub.

Qeyd edək ki, Məhəmmədəliyev həmin oyunda axıradək meydanda olub.

Bənzər xəbərlər