Şahruddin Məhəmmədəliyev "Qarabağ"ı tərk edir - SON DƏQİQƏ
Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirəcək.
Msport.az “TRT Spor” telekanalına istinadən xəbər verir ki, 29 yaşlı qolkiper Superliqada çıxış edən “Adana Demirspor” klubu ilə anlaşıb.
Təcrübəli oyunçu tezliklə Adana təmsilçisi ilə 2+1 illik müqaviləyə imza atacaq.
Məlumatı Ağdam klubundan da təsdiqləyiblər.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Azərbaycanda “Şahdağ” və “Sumqayıt” komandalarının da formasını geyinib.