featured-image-37943

Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi “Adana Demirspor” Türkiyə Superliqasında 8-ci tur oyununa çıxıb.

Msport.az xəbər verir ki, komanda “Trabzonspor”u qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ş.Məhhəməiyev görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Bu nəticədən sonra “Adana Demirspor” 17 xalla (8 oyun) 3-cü pillədə qərarlaşıb. “Fənərbaxça” 21 xalla (7 oyun) 1-ci, “Qalatasaray” 19 xalla (7 oyun) 2-cidir.

Bənzər xəbərlər