featured-image-61817

“Liverpul”un hücumçusu Məhəmməd Salah yeni rekorda imza atıb.

Msport.az xəbər verir ki, misirli forvard İngiltərə Premyer Liqasının XXIX turunda “Aston Villa” ilə görüşdə buna nail olub.

32 yaşlı futbolçu 2:2 hesabı ilə yekunlaşan görüşdə hesabı açıb. Salah bununla bir mövsümdə səfər oyunlarında ən çox qol vuran oyunçu kimi Premyer Liqanın tarixinə düşüb. O, səfər matçlarında bu mövsüm 15 dəfə fərqlənib. Salah bununla “Liverpul”un sabiq hücumçusu Luis Suaresin (14 qol) 2013-14 mövsümündəki rekordunu qırıb.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm bütün turnirlərdə 37 oyunda 29 qol vurub, 20 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər