featured-image-14892

Hazırda davam edən Azərbaycan Premyerliqasının 10-cu turunun “Şamaxı” – “Qəbələ” oyununda meydan sahiblərinin futbolçusu Rövşən Şahmuradovun formasında adı və soyadı yazılmayıb.

Msport.az xəbər verir ki, gənc yarımmüdafiəçi 33-cü dəqiqədə zədələnən Qurban Səfərovun əvəzinə oyuna daxil olub.

Maraqlıdır ki, ötən tur “Zirə” ilə görüşdə də Şahmuradov meydana formasında adı və soyadı yazılmayan forma ilə çıxmışdı. Buna görə, AFFA İntizam Komitəsi 3 000 manat cərimə etmişdi.

Bənzər xəbərlər