"Araz Naxçıvan" Şamaxıdan 1 xalla dönür
Bu gün Azərbaycan Premyer Liqasında 6-cı turun daha iki oyunu keçiriləcək. Msport.az xəbər verir ki, “Şamaxı” doğma divarlar arasında “Araz Naxçıvan”ı qəbul edib.
Oyuna yaxşı başlayan meydan sahibləri 28-ci dəqiqədə hesabı açıblar. Rüfət Abbasov ilk qolun müəllifi olub. 73-cü dəqiqədə Şarl Boli “Araz Naxçıvan”a 1 xal gətirən qolu vurub.
Günün ikinci matçında “Karvan Yevlax” “Neftçi”nin qonağı olacaq. Ötən tur səfərdə “Sumqayıt”ı məğlub edən “ağ-qaralar”da əhval-ruhiyyə daha yaxşıdır.
Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
27 sentyabr
15:30. “Şamaxı” – “Araz-Naxçıvan” 1:1
Qollar: R.Abbasov, 28 – Ş.Boli, 73
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Eyyub İbrahimov
Şamaxı şəhər stadionu
19:00. “Neftçi” – “Karvan”
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Zöhrab Abbasov, Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Vüqar Həsənli
“Neftçi Arena”
28 sentyabr
16:30. “Turan Tovuz” – “Kəpəz”
19:00. “Sabah” – “Sumqayıt”
26 sentyabr
“İmişli” – “Zirə” – 1:1
“Qarabağ” – “Qəbələ” – 2:0







