featured-image-22331

Azərbaycan Premyer Liqasının 21-ci turunun “Şamaxı” – “Turan Tovuz” oyunundan (0:1) sonra meydan sahiblərinin baş məşqçisi Vüqar Əsgərli CBC Sport-a açıqlama verib. Msport.az xəbər verir ki, o, bu gün yeni transfer edəcəklərini açqlayıb:

“Turnir cədvəli baxımından oyun hər iki komanda üçün çox vacib idi. Təəssüf ki, həftəboyu normal şəraitdə məşq edə bilmədik. Buna səbəb qarın yağması idi. Cəmi bir məşqə çıxdıq, o da oyundan bir gün əvvəl. Rəqib komandanı təbrik edirəm. Ağır oyun oldu”.

“Şamaxı”nın baş məşqçisi bərabər oyun keçdiyini bildirib: “Hər iki komanda normal oyun göstərdi. Bilirdik ki, biz qol vurmasaq, bir stadart vəziyyət olsa belə, rəqib komanda fərqlənəcək və hesabı qoruyub saxlayacaqlar”.

Əsgərli “Şamaxı”nın bu gün heyətə yeni futbolçu cəlb edəcəyini açıqlayıb: “Günün sonuna qədər bir transfer reallaşdırmaq istəyirik, əgər alınsa.”Zirə”dən Ramin Əhmədovla müqavilə bağlamaq niyyətindəyik.  Ön xətdə sonradan meydana buraxdığımız futbolçular Amil Yunanov, Elvin Məmmədov hamısı zədədən qayıdıblar. Özlərini bərpa etdikdən sonra komandaya daha yaxşı kömək edəcəklər.

AYXAN 

Bənzər xəbərlər