featured-image-52574

“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib. Msport.az xəbər verir ki, Ayxan Abbasovun komandası Leroy Mikelslə müqavilə bağlayıb.

29 yaşlı almaniyalı hücumçu qarşıdakı 1 ildə əyalət klubunun formasını geyinəcək. Mikelsin son klubu Səudiyyə Ərəbistanın “Əl Taraji” komandası olub. O, buna qədər “Spartak Varna” (Bolqarıstan), “Oberhausen”, Türkgücü”, “Duysburq”, “Velbert”, “Alemannia” (hamısı Almaniya) klublarında çıxış edib.

Qeyd edək ki, Leroy “Sabah”ın şərəfini qoruyan Con Lens Mikelsin qardaşıdır.

“Şamaxı” daha əvvəl məşhur futbolçu Kristian Bentekenin qardaşı Conatanı da transfer etmişdi.

Bənzər xəbərlər